İngiltərə Kubokunun final oyunu yekunlaşıb.
Fanat.Az xəbər verir ki, həlledici qarşılaşmada "Mançester Siti" ilə "Kristal Pelas" üz-üzə gəlib.
Londondakı "Uembli" stadionunda baş tutan görüşün taleyini 1 qol həll edib. "Kristal Pelas" minimal hesablı (1:0) qələbə qazanaraq ölkə kubokuna sahib olub.
Görüşdə 16-cı dəqiqədə vurulan yeganə qolun müəllifi Ebereçi Eze olub.