Türkiyə Super Liqasında 36-cı tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, bu gün 8 oyun baş tutub.
“Antalyaspor” – “Qaziantep”, “Alanyaspor” – “Beşiktaş” və “Bodrumspor” – “Trabzonspor” qarşılaşmaları bərabərliklə bitib.
“Kasımpaşa” öz meydanında “Başakşəhər”ə uduzubsa, “Rizəspor” evdə “Göztəpə”ni, “Samsunspor” “Sivasspor”u, “Fənərbağça” “Eyüpspor”u yenib. Lider “Qalatasaray” isə İstanbulda “Kayserispor”u darmadağın edərək sona 2 tur qalmış çempionluğunu rəsmiləşdirib. Bu, "aslanlar"ın 25-ci çempionluğu olub.
“Qalatasaray” 89 xalla turnir cədvəlinə başçılıq edirsə, “Fənərbağça” 81 xalla ikinci, “Samsunspor” 60 xalla üçüncü pillədə qərarlaşıb. “Beşiktaş”ın 59, “Başakşəhər”in 54 xalı var.
Türkiyə Super Liqası
36-cı tur
17 may
Adana Dəmirspor – Hatayspor 0:5
Qollar: Butobba, 10; 61. Okoronkvo, 26; 38. J.Fernandes, 56-pen.
18 may
Alanyaspor – Beşiktaş 1:1
Qollar: Hvanq, 40 – R.Silva, 71.
Antalyaspor – Qaziantep 0:0
Bodrumspor – Trabzonspor 1:1
Qollar: Antalyalı, 12 – Çam, 76-pen.
Fənərbağça – Eyüpspor 2:1
Qollar: Ən-Nəsiri, 32. Dzeko, 84 – U.Meraş, 90+4.
Qalatasaray – Kayserispor 3:0
Qollar: Osimhen, 26. Yılmaz, 29. Muslera, 89-pen.
Kasımpaşa – Başakşəhər 2:3
Qollar: Hayradinoviç, 22-pen. Özcan, 60 – Duarte, 13. Kemen, 54. Opoku, 81.
Rizəspor – Göztəpə 6:3
Qollar: Hoyer, 11. Olavoyin, 32. Sou, 50. Zeqiri, 62; 87. Akintola, 85 – Romulo, 26; 45+2-pen. K.Günter, 77.
Samsunspor – Sivasspor 1:0
Qol: Dimata, 9.