AFFA Gənclər Liqasında XXXV turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, lider "Sabah" "Dinamo"nu darmadağın edib.
Liderin ən yaxın izləyicisi "Qəbələ" isə "Araz-Naxçıvan"ı böyük hesabla üstələyib.
Qeyd edək ki, tura mayın 20-də keçiriləcək “Turan Tovuz” – UFA oyunu ilə yekun vurulacaq.
“Səbail” – “Sumqayıt” 1:2
Qollar: Fariz Hüseynov, 13 - İlkin Məmmədov, 38; Əli Əhmədov, 90
“Qəbələ” – “Araz Naxçıvan” 5:0
Qollar: Qədir Ramazanov, 13; Rəvan Əsədov, 29; Əli Məmmədov, 53; Ziya Şəkərxanov, 59; Məhəmməd Yusubov, 75
“Şamaxı” – “Kəpəz” 5:3
Qollar: Nicat Xasıyev, 31; Fərid Məmmədyarov, 53; Elgün Ələkbərli, 68; Nəsir Nəsirli, 70; Məhəmməd Rəsulzadə, 90+2 - Şahnur İsmayılov, 10, 14; Elxan Məmmədov, 32
“Sabah” – “Dinamo” (Bakı) 10:1
Qollar: Stephen Ende, 6, 10, 33, 36; Əlibəy Mahmudov, 13; Japhet Dungus Bulus, 38; Əmir Əliyev, 65; Anar Cəbiyev, 68, 85; Babamirzə Mehdiyev, 80 - Orxan Novruzov, 51
“Neftçi” – “Zirə” 2:0
Qollar: Mirşahbaz Şahbazov, 28; Röyal Fərzullazadə, 58.