Almaniyanın "Nürnberq" klubunun azərbaycanlı hücumçusu Mahir Emreli ikinci Bundesliqada turun rəmzi komandasına düşüb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Millimizin forvardı "Ayntraxt" (Braunşveyq) komandasına 4:1 hesabı ilə qalib gəldikləri görüşdə het-trik edib.
27 yaşlı hücumçu 10-cu, 20-ci və 45+1-ci dəqiqələrdə fərqlənib. Futbolçu ikinci qoldan sonra sarı vərəqə alıb və ikinci hissənin sonunda əvəzlənib.
Qeyd edək ki, Mahir Emreli 3 qol vurduğu oyundan sonra topu xatirə olaraq özü ilə götürüb.