"Vulverhempton"un hücumçusu Mateus Kunya karyerasını İngiltərə nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbənin məlumatına görə, 25 yaşlı braziliyalı "Mançester Yunayted"ə keçmək üzrədir. Hazırda tərəflərin mümkün transferlə bağlı danışıqların son mərhələsində olduğu bildirilir.
Bundan əvvəl Kunya ilə London "Arsenal"ının da maraqlandığı bildirilirdi.
Mateus Kunya bu mövsüm "Vulverhempton"un heyətində bütün turnirlərdə 34 oyuna çıxaraq 17 qola imza atıb və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Mirağa