Çempion "Liverpul" İngiltərə Premyer Liqasında antirekordla yadda qalıb.
Fanat.Az xəbər verir ki, bu barədə “Opta Sport” məlumat yayıb.
Statistika portalının hesabatına görə, son turda "Brayton"a yenilən (2:3) mersisaydlılar çempion olduqdan sonra keçirdiyi üç matçın heç birində qələbə qazanmayıb. Beləliklə, Arne Slotun baş məşqçisi olduğu "qırmızılar" Premyer Liqanın tarixinə "qızıl"ı təmin etdikdən sonra çempionatda keçirdiyi üç matçın heç birində qalib gələ bilməyən ilk komanda kimi düşüb.
"Liverpul" "Brayton"dan əvvəl "Arsenal"la heç-heçə (2:2) edib, "Çelsi"yə isə məğlub (1:3) olub.
Qeyd edək ki, "Liverpul" sonuncu turda "Kristal Pelas"ı qəbul edəcək.