"İnter"in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının finalından sonra İtaliya klubundan ayrılacaq.
Fanat.Az xəbər verir ki, “La Gazzetta dello Sport” bu iddia ilə çıxış edib.
Mənbənin məlumatına görə, "Əl-Hilal" onunla anlaşmağa can atır. Ayın əvvəlində Xorxe Jezus Səudiyyə Ərəbistanı nəhənginin baş məşqçisi vəzifəsindən azad edilib. "Əl-Hilal" rəhbərliyi əmindir ki, İnzaqi klublararası dünya çempionatında komandaya rəhbərlik edəcək. Yerli mətbuatın iddiasına görə, təcrübəli məşqçi müqavilə imzalamaq üçün iyunun 1-də Ər-Riyada uçacaq. Anlaşma baş tutsa, italyan çalışdırıcı "Əl-Hilal"da ilinə 20 milyon avrodan çox qazanacaq.
Simone İnzaqi 2021-ci ildən "İnter"i çalışdırır. Mayın 31-də "neradzurri" Çempionlar Liqasının finalında PSJ ilə qarşılaşacaq.
Mirağa