Azərbaycanın qadın futbolçulardan ibarət millisinin üzvü Nigar Mirzəliyeva Rusiya çempionatında növbəti dəfə turun rəmzi yığmasına düşüb.
Fanat.Az xəbər verir ki, “Zenit”də çıxış edən müdafiəçimiz 10-cu turdakı performansına əsasən rəmzi komandaya seçilib.
Nigarın komandası son turda “Zvezda-2005”-i 1:0 hesabı ilə məğlub edib ki, start heyətində yer alan millimizin üzvü matçı əvəzolunmadan başa vurub.
Mirzəliyeva daha əvvəl 8-ci turun rəmzi komandasına da düşmüşdü.
Onun komandası hazırda 23 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.