Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş mətbuat konfransı keçirəcək.
Fanat.Az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı mütəxəssis mayın 23-də, saat 16:00-da assosiasiyanın inzibati binasında baş tutacaq tədbirdə millinin yoldaşlıq görüşü çərçivəsində iyunun 7-də Riqada yerləşən “Skonto” stadionunda Latviya və iyunun 10-da “Liv Bona Dea Arena”da Macarıstan yığması ilə oyunlar üçün heyəti açıqlanacaq.