Bu gün UEFA Avropa Liqasının qalibi bəlli olub.
Fanat.Az xəbər verir ki, finalda İngiltərənin iki komandası üz-üzə gəlib.
“Tottenhem” ilə “Mançester Yunayted” arasında həlledici matç Bilbaoda (İspaniya) “San Mames” stadionunda baş tutub.
həlledici görüşdə İngiltərənin iki klubu – “Tottenhem” və “Mançester Yunayted” üz-üzə gəlib. 1:0 hesablı qələbə qazanan London ttəmsilçisititula sahib çıxıb.
Yeganə qolu 42-ci dəqiqədə Brennan Conson imza atıb.
Beləliklə, "Tottenhem" tarixi ərzində üçüncü dəfə turnirin qalibi adını qazanıb.
UEFA Avropa Liqası
Final
21 may
“Tottenhem” – “Mançester Yunayted” 1:0
Qol: Brennan Conson, 42.