"Sumqayıt"ın yarımmüdafiəçisi Ronaldo Vaskez Dominikan Respublikası milli komandasına dəvət alıb.
Fanat.Az xəbər verir ki, 25 yaşlı futbolçu ölkəsinin yığmasında iyun ayında baş tutacaq görüşlərə çağırılıb.
Qeyd edək ki, Dominikan Respublikası Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində 7 və 11 iyun tarixlərində müvafiq olaraq Qvatamela və Dominika ilə qarşılaşacaq.
Marselo Nevelefin baş məşqçisi olduğu komanda daha sonra isə Şimali və Mərkəzi Amerika ölkələrinin iştirakı ilə keçirilən "CONCACAF Gold Cup" turnirində iştirak edəcək. "A" qrupunda yer alan Dominikan Respublikası iyunun 15-də Meksika, 19-da Kosta Rika, 23-də isə Surinamla qarşılaşacaq.