"Yuventus"un və İtaliya millisinin əfsanəvi oyunçusu Alessandro Del Pyero məşqçi olmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, bu barədə o, "Instagram" hesabında paylaşım edib.
50 yaşlı veteran hücumçu UEFA-nın Pro kateqoriyalı məşqçilik lisenziyası aldığını açıqlayıb: "Bu gündən məni "Cənab" adlandıra bilərsiniz. FIGC-yə [İtaliya Futbol Federasiyası] və bu yolda mənə dəstək olan bütün müəllimlərə təşəkkür etmək istəyirəm. Kömək edən və öyrənməyimin bu mühüm mərhələsini mənimlə bölüşən hər kəsə təşəkkürümü bildirirəm".
Qeyd edək ki, Del Pyero İtaliya yığmasında meydana çıxdığı 91 oyunda 27 qol vurub. O, 1993-cü ildən 2012-ci ilə qədər "Yuventus"un uğurları üçün çalışıb.
Mirağa