Azərbaycan və Macarıstan yığmaları arasında keçiriləcək yoldaşlıq oyununun hakimləri açıqlanıb.
Fanat.Az xəbər verir ki, qarşılaşmanı Belarusdan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Viktor Şimusikə yan xətt hakimləri Sergey Kasavets və Anton Qusev kömək göstərəcəklər.
Dördüncü hakim funksiyasını isə Cavid Cəlilov yerinə yetirəcək.
Qeyd edək ki, görüş iyunun 10-da “Liv Bona Dea Arena”da baş tutacaq.