UEFA Avropa Liqasında final qarşılaşmasının ən yaxşı oyunçusu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, "Tottenhem"in müdafiəçisi Kristian Romero bu ada layiq görülüb.
London klubu həlledici qarşılaşmada "Mançester Yunayted"ə 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, argentinalı Kristian Romero 2021-ci ildən "Tottenhem"də oynayır. O, əvvəllər "Belqrano", "Cenoa", "Yuventus", "Atalanta" klublarında forma geyinib.