Azərbaycan I Liqasında sonuncu – 27-ci tur start götürüb.
Fanat.Az xəbər verir ki, ilk gündə baş tutan hər iki oyunda qapılara üç qol vurulub.
"Mingəçevir" evdə gələn mövsüm Premyer Liqada oynayacaq "Karvan"ı minimal hesabla üstələyib. Çempion "Qəbələ" isə aşkar autsayder "Qaradağ Lökbatan"ı böyük hesabla üstələyərək "qapını möhkəm çırpıb".
Qeyd edək ki, turun qalan oyunları sabah keçiriləcək.
Azərbaycan I Liqası
27-ci tur
22 may
“Qaradağ Lökbatan” – “Qəbələ” 0:3
Qollar: A.Şuaybu, 63. S.Ələsgərov, 84. D.Massumo, 88-pen.
“Mingəçevir” – “Karvan” 2:1
Qollar: A.Usman, 15-pen. N.Əliyev, 64 - P.Kings, 68.