İtaliya A Seriyasında ayın ən yaxşı məşqçisi seçilib.
Fanat.Az xəbər verir ki, bu barədə çempionatın mətbuat xidməti məlumat yayııb.
"Komo" klubunun baş məşqçisi Sesk Fabreqas ardıcıl ikinci dəfə bu mükafata qiqələnib.
May ayında onun baş məşqçisi olduğu komanda 2 qələbə qazanıb, 1 heç-heçə edib. "Komo" “Parma”nı (1:0) və “Kalyari”ni (3:1) məğlub edib, “Verona” ilə heç-heçə edib.
A Seriyası bu həftə başa çatır.
"Komo" hazırda 49 xalla turnir cədvəlinin onuncu pilləsində qərarlaşıb. Fabreqasın komandasının mövsümü bu pillədə bitirəcəyi dəqiqləıib.
Qeyd edək ki, bu, ötən mövsümün nəticələrinə görə B Seriyasından yüksələn "Komo"nun İtaliya elitasında ilk mövsümüdür.
Mirağa