Səudiyyə Ərəbistanı Əyləncə Departamentinin rəhbəri Turki Əl-əş-Şeyx İngiltərə futboluna yol axtarmağa başlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Mənbənin məlumatına görə, milyarder şahzadə İngiltərənin "Millvoll" klubunu almağa çalışır. O, "Millwall Holdings Limited"-ə məxsus olan klubun rəhbərliyi ilə danışıqlar aparıb. Lakin ingilislər ona klubun satılmadığını bildiriblər.
"Millvoll" bu mövsüm Çempionşipi səkkizinci yerdə başa vurub.
Bundan başqa, "Mail Sport"un köşə yazarı Saymon Cordan məlumat yayıb ki, Turki ondan İngiltərə futbol klubu almağı xahiş edib. Cordan ona "Şeffild Uensdey"i almağı məsləhət görüb.
Xatırladaq ki, "Şeffild Yunayted" Premyer Liqaya yüksəlmək üçün "Sanderlend"lə Çempionşipin pley-off finalında oynayacaqlar.
Mirağa