"Real Madrid" xorvatiyalı Luka Modriçin yayda klubdan ayrılacağını nəzərə alaraq, yaradıcı yarımmüdafiəçi axtarır.
Fanat.Az xəbər verir ki, "Marca" qəzeti İspaniya nəhənginin artıq yeni namizədinin bilindiyini iddia edib.
Mənbənin məlumatına görə, Madrid klubu PSJ-dən Vitinyanı transfer etmək istəyir.
25 yaşlı portuqliyalı yarımmüdafiəçinin potensial keçidi 60 milyon avro qiymətləndirilir.
Vitinyanın parislilərlə hazırkı müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir. O, 2024/2025 mövsümündə 50 rəsmi oyun keçirib, 7 qol vurub və komanda yoldaşlarına 2i məhsuldar ötürmə verib.
Mirağa