21:23 24.05.2025 589

MPL: "Qarabağ" "Şamaxı"nı, "Sabah" isə "Neftçi"ni 1 qolla yendi

Misli Premyer Liqasında sonuncu - 36-cı tur davam edir. 

Fanat.Az xəbər verir ki, dünən start götürən turun ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

"Şamaxı" öz meydanında "Qarabağ"ı qəbul edib. Mövsümü 7-ci pillədə başa vuracağı dəqiqləşən Ayxan Abbasovun komandasının çempona layiqli müqavimət göstərsə də, sona qədər davam gətirə bilməyib. Qurban Qurbanovun komandası 3 xalı Addainin son dəqiqələrə təsadüf edən qolu ilə qazanıb. 

Günə "Sabah" - "Neftçi" qarşılaşması ilə yekun vurulacaq. Kuboku da nəzərə alsaq, tərəflər bu mövsüm 6-cı dəfə qarşılaşacaqlar. Samir Abasovun komandası nə çempionatda əvvəlki 3 oyunda, nə də kubokun yarımfinalındakı 2 görüşdə "bayquşlar"ı yenə bilib. Premyer Liqada "Sabah" bir dueldən qalib (2:0) ayrılıb, ikisi isə heç-heçə (0:0, 1:1) nəticələnib. Vasili Berezutskinin baş məşqçisi olduğu kollektiv finala məhz "Neftçi"ni iki görüşün nəticəsinə görə (2:1, 1:1) üstələyərək adlayıb. Odur ki, "Neftçi" Masazır təmsilçisindən həm revanş almağa, həm də bu mövsüm "Sabah"la görüşlərdə nəhayət qələbə qazanmağa  çalışacaq. Bu görüş həm də Premyer Liqada 5-ci yerin sahibini müəyyənləşdirəcək.

Qeyd edək ki, turun açılış oyununda "Sumqayıt" "Səbail"i 4:1 hesabı ilə məğlub edib. Turun - mövsümün son iki görüşü ("Turan Tovuz" - "Kəpəz", "Araz-Naxçıvan" - "Zirə") bazar günü keçiriləcək.  

Misli Premyer Liqası
36-cı tur
24 may (şənbə)

"Şamaxı" – "Qarabağ" 0:1 
Qol: Emmanuel Addai, 86.

Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Əkbər Əhmədov.
VAR: Elçin Məsiyev, Pərvin Talıbov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Şamaxı şəhər stadionu.

“Şamaxı”: 62. Abdulla Seydəhmədov, 14. Vüsal Məsimov, 5. Arsen Ağcabəyov, 23. Murad Vəliyev, 18. Cəlal Hüseynov (k), 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 19. Fəxri Məmmədli, 3. Vladislav Veremeyev, 33. Alfons Msanqa. 
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 89. Cəfər Muxtarov, 71. Natiq Ağamalıyev, 70. Nicat Xasıyev. 
Baş məşqçi: Ayxan Abbasov. 

Qarabağ”: 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 7. Yassin Benzia, 8. Marko Yankoviç, 9. Kadi Borqes, 2. Mateus Silva, 21. Aleksey Kaşuk. 
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 11. Emmanuel Addai. 
Baş məşqçi: Qurban Qurbanov. 

"Sabah" – "Neftçi" 1:0 

Qol: Cesse Sekidika, 64.
Qırmızı vərəqə: Sofian Çakla, 50 ("Sabah") - Edvin Kuç, 76 ("Neftçi") . 

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Kamranbəy Rəhimov.
VAR: Rəvan Həmzəzadə, Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
"Bank Respublika Arena".

“Sabah”: 92. Stas Pokatilov, 10. Namik Ələskərov (k), 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev, 4. Sofian Çakla, 40. İqor Noqeyra, 70. Cesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepiniça. 
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 6. Abdulax Xaybulaev, 7. Boyan Letiç, 18. Pavol Safranko, 11. Kahem Parris, 12. Vinsent Til, 99. Neqoş Kupusoviç, 33. Umarali Raxmonaliyev, 83. Stefen Ende. 
Baş məşqçi: Vasili Berezutski. 

Neftçi”: 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 19. Azər Salahlı, 4. Elvin Camalov, 14. Edvin Kuç, 99. Ervin Koffi, 23. Robert Bauer, 24. Mustafa Sek, 9. Bassala Sambu, 11. Aleks Fernandes. 
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rustam Samiqullin, 17. Rəhman Hacıyev, 90. Ramil Şeydayev, 91. Ağadadaş Salyanski, 22. Dembo Darbo, 88. Andrey Ştoqrin. 
Baş məşqçi: Samir Abasov. 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

24 May 2025
22:05

Qurban Qurbanov “Barselona”nın düşərgəsində - FOTOLAR

21:23

MPL: "Qarabağ" "Şamaxı"nı, "Sabah" isə "Neftçi"ni 1 qolla yendi

21:07

Avarçəkənlərimiz “Bratislava Reqatası”na qızıl medalla başladı

20:41

"Çempionatda sponsorsuz yeganə komanda bizik" - Ayxan Abbasov

20:22

Qurban Qurbanov "Şamaxı" ilə oyundan sonra nə danışdı?

20:03

İPL-də mövsümün ən yaxşı oyunçusu bilindi

19:38

"Ola bilər gedən olsun" - Qurban Qurbanov Benzia ilə bağlı durumu anlatdı

19:17

Ayxan Abbasov U-21-ə 30 futbolçu çağırdı

18:10

"Sumqayıt"da 17 yaşlı debütant

17:50

Minifutbol: Bakıda ardıcıl iki oyunda qalib müəyyənləşmədi

17:15

Kamal Bayramov karyerasını rəsmən başa vurdu

17:00

Azərbaycan millisi İspaniya toplanışını başa vurdu

16:30

Azərbaycan kubokunun qalibi müəyyənləşdi

15:59

"Barselona"nın ulduzu Fransanı seçdi - SON DURUM

15:23

"Araz-Naxçıvan" "Zirə" ilə oyuna 4 itki ilə çıxacaq - ADLAR

14:52

Minifutbol: Qana İsraillə bacarmadı

14:30

Konte çempionluq təəssüratlarını bölüşdü - "Mən də qalibəm, o da"

13:51

Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ

13:19

A Seriyasında mövsümün ən yaxşı məşqçisi elan olundu - FOTO

12:55

Conatan Tanın növbəti mövsümə harada başlayacağı bilindi - Rəsmi açıqlanma an məsələsidir

12:24

Dünya kuboku: Azərbaycan Kanadaya qarşı

11:46

Yüksək Liqa: Son turun oyun cədvəli açıqlandı

11:27

Neymar "Santos"un kubokdan qovulmasına əngəl ola bilmədi

10:56

Konte İtaliya futbolunun tarixinə düşdü

10:18

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:59

Minifutbol: İkinci tura yekun vurulur

09:00

Ronaldo azarkeşlərin təzyiqinə dözmədi

01:07

İspaniya La Liqası: Son turun ilk oyununda qollu bərabərlik

00:56

İtaliya A Seriyası: "Napoli" 4-cü dəfə çempion oldu

23 May 2025
23:42

Elvin Məmmədov son oyundakı yenilgi barədə nə dedi?

23:07

Vurğun Hüseynov darmadağını şərh etdi

22:44

"Real Madrid"in Modriçi kiminlə əvəzləyəcəyi bilindi

22:11

Della Maddalena İslamı yenmək üçün kimdən kömək istəyəcək? - Özü dedi

22:06

Vüsalın komandası səfərdə də uduzub Super Liqa şansını itirdi

21:50

Minifutbol: Azərbaycan millisi Sloveniyanı yenib qrup liderliyinə yüksəldi

21:22

MPL: "Sumqayıt" "Səbail"i darmadağınla yola saldı

20:56

Minifutbol: Türkiyə Ukraynanı üstələdi

20:19

Azərbaycanın gənclərdən ibarət taekvondo millisinin üzvləri hazırlığa cəlb olunublar

19:47

Minifutbol: Dünya çempionundan sürpriz məğlubiyyət

19:18

Oliveyra titul döyüşündən öncə Topuriyaya meydan oxudu

Facebookdan bizi izləməyi unutmayın.
X