"Napoli"nin baş məşqçisi Antonio Konte İtaliya futbolunun tarixinə düşüb.
Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis A Seriyasında üç fərqli komanda ilə çempionluq qazanan k məşqçi olub.
Konte 2011/12, 2012/13 və 2013/14 mövsümlərində "Yuventus"un sükanı arxasında çempion olub. 2020/21 mövsümündə məşqçi "İnter"lə qalib gəlib və nəhayət, ötən gün, mayın 23-də "Napoli" ilə Skudetto qazanıb.
Onu da qeyd edək ki, Kontedən (5) daha çox A Seriyasının qalibi yalnız Covanni Trapattoni (7) və Massimiliano Alleqri (6) olub. Fabio Kapello da 3 klubla - "Roma", "Milan" və "Yuventus"a İtaliya çempionluğu əldə edib. Amma Turin təmsilçisinin 2004/2005 və 2005/2006 mövsümlərdə qazandığı titullar rüşvət qalmaqalı səbəbindən ləğv olunub.
Xatırladaq ki, Neapol klubu ötən mövsümün çempionu “İnter”i 1 xal qabaqlayıb və ölkə çempionatında 4-cü dəfə Skudettonu qazanıb.
Mirağa