"Napoli"nin baş məşqçisi Antonio Konte komandanın 2024/25-ci il mövsümündə İtaliya çempionatında qazandığı qələbəni dəyərləndirib.
Fanat.Az xəbər verir ki, Neapol klubunun mətbuat xidməti məşqçinin fikirlərini belə təqdim edib:
"Uşaqlar fantastik idi. "Kalyari" ilə matçda bizim üçün asan olmadı. Çünki çox böyük gözlənti və gərginlik var idi. Bu, oyunçularımın layiq olduğu böyük uğur idi. Final fitinə qədər hər şeylərini verdilər.
Bu, şübhəsiz ki, karyeramda ən çətin və həyəcanlı çempionat idi. Neapola gəlmək və ilk ilində belə mühüm layihənin bir hissəsi olmaq həqiqətən gözlənilməz və gözəl idi. Neapolda qələbə çox çətindir.
Prezident De Laurentislə mənim gözəl münasibətimiz var, ailələrimiz dostdur. Deyirlər, mən qalibəm, amma o da qalibdir. İkimiz də qalibik və bu il birlikdə möhtəşəm çempionluq qazandıq".
Xatırladaq ki, İtaliya çempionatının sonuncu turunda "Napoli" doğma meydanda "Kalyari"yə qalib gələrək (2:0) ötən mövsümün çempionu "İnter"i 1 xal qabaqlayıb və A Seriyası tarixində 4-cü kubokunu qazanıb.
Mirağa