Misli Premyer Liqasının 36-cı turu daha bir gənc futbolçunun debütü ilə əlamətdar olub.
Fanat.Az xəbər verir ki, “Sumqayıt”in mətbuat xidməti açıqlayıb.
"Kimyaçılar"ın futbolçusu Vüsal Paşayev mövsümün son turunda şans qazanıb. O, “Səbail” – “Sumqayıt” qarşılaşmasında meydana çıxıb. Sumqayıt təmsilçisinin akademiyasının yetirməsi Premyer Liqada 17 yaş 171 günlüyündə debüt edib.
Qeyd edək ki, “Sumqayıt” səfərdə 4:1 hesablı qələbə qazanıb.