“Şamaxı”nın qapıçısı Kamal Bayramov karyerasını başa vurub.
Fanat.Az xəbər verir ki, bu münasibətilə Misli Premyer Liqasının 36-cı turu çərçovəsində "Qarabağ"la oyundan əvvəl “şirlər”in təcrübəli qolkiperinə xatirə hədiyyəsi təqdim olunub.
Ona hədiyyəni klubun idarə heyətinin rəhbəri Elçin Usub təqdim edib.
Qeyd edək ki, 40 yaşlı Kamal Bayramov peşəkar karyerasına 2007-ci ildə "Muğan"da başlayıb. O, "Turan Tovuz", "Xəzər Lənkəran", "Rəvan", "Araz-Naxçıvan" "Şüvəlan", "Zirə" və "Səbail"in də formasını geyinib.