"Liverpul"un misirli hücumçusu Məhəmməd Salah 2024/25 mövsümü üçün Premyer Liqada ilin ən yaxşı futbolçusu seçilib.
Fanat.Az xəbər verir ki, bu barədə İngiltərə çempionatının mətbuat xidməti məlumat yayıb.
Ulduz futbplçu səsvermədə komanda yoldaşları Rayan Qravenberx və Vircil van Deyki, o cümlədən Deklan Rays, Kris Vud və başqalarını qabaqlayıb.
Salah bu mövsüm 37 oyun keçirib, 28 qol vurub və 18 məhsuldar ötürmə edib.
"Firon" bununla Premyer Liqada ikinci dəfə mövsümün oyunçusu seçilib. Xatırladaq ki, Salah ilk dəfə 2017/18 mövsümünün yekunlarına görə ilk dəfə olaraq mövsümün futbolçusu olub.