Misli Premyer Liqasının 36-cı turunda evdə “Neftçi” ilə qarşılaşan “Sabah”ın baş məşqçisi Vasili Berezutski matçı dəyərlındirib.
Fanat.Az xəbər verir ki, rusiyalı mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri görüşlə bağlı belə danışıb:
“Maraqlı oyun oldu. İki qırmızı vərəqə alındı. Hər iki komandanın ifasında kəskin, çox qol epizodları gördük. Yaxşı ki, qalib gəldik. Kubok oyunöncəsi bizə özgüvən verəcək. Az oynayanlara daha çox şans verdik ki, oyun ritmini tutsunlar. Çox oyun oynayanlara istirahət verdik. Sakit şəkildə finala hazırlaşırıq.
ÇSKA-nın yubiley matçında sabiq komanda yoldaşlarımdan kimi gördümsə, finala dəvət etdim. Gəlib-gəlməyəcəklərini bilmirəm. Çətindir, amma demişəm. Bəli, final görüşünü də müzakirə etmişik. Oyuna mütləq baxacaqlar. Amma harada baxacaqlarını bilmirəm”.