"Şamaxı" klubunda "yarpaq tökümü" yaşanır.
Fanat.Az xəbər verir ki, elitada yerini qorumasına baxmayaraq, bir neçə legioner bölgə klubunu tərk edib. bilmir.
Komandanın baş məşqçisi Ayxan Abbasov saytımıza açıqlamasında xəbəri təsdiqləyib. O, Brahim Konate, Vasiliye Bakiç, Vasiliye Radenoviç, Maykl Tuik və Leroy Mikelsin komandadan ayrıldığını bildirib. Əvəzində Rikardo Fernandes, Andrey Tirkoveanu, Alfons Msanqa və Vladislav Veremeyev "şirlər"in şərəfini qorumağa davam edəcək.
Bu arada "Şamaxı" yeni transfer reallaşdırıb. Bölgə klubu "Qəbələ"dən Emil Süleymanovu heyətinə cəlb edib. 21 yaşlı futbolçu yarımmüdafiəçi mövqeyində çıxış edir.
Mirağa