Türkiyə Super Liqasında 37-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, son oyun günündə 1 matç baş tutub.
“Hatayspor” öz meydanında “Fənərbağça” ilə qarşılaşıb. Bol qollu görüş İstanbul nəhənginin məğlubiyyəti ilə başa çatıb.
Çempionluğu təmin edən “Qalatasaray” 92 xalla liderdir. “Fənərbağça” 81, “Samsunspor” 61, “Beşiktaş” 59, “Başakşəhər” 54, “Eyüpspor” 53, “Trabzonspor” 48 xal toplayıb.
Türkiyə Super Liqası
37-ci tur
24 may
"Eyupspor" – "Antalyaspor" 2:1
Qollar: Tiam, 40. Ampem, 42 - Qaiç, 87.
"Qaziantep" - "Kasimpaşa" 2:2
Qollar: Alexandru Maksim, 24-pen. Ndiaye, 45+5 - Fall, 51. De Koşta, 68.
"Göztəpə" - "Qalatasaray" 0:2
Qollar: Kaan Ayhan, 70. Alvaro Morata, 90+1.
25 may
Başakşəhər – Adana Dəmirspor 2:3
Qollar: Keni, 20. Operi, 35 – Barasi, 32-pen. Aliui, 65. Aymbetov, 90+4.
Beşiktaş – Rizəspor 1:2
Qollar: Joao Mario, 64 – S.Akaydın, 61. Sou, 90+1.
Kayserispor – Bodrumspor 1:1
Qollar: Nazon, 62 – Brazao, 13.
Konyaspor – Alanyaspor 1:2
Qollar: Nayir, 52 – Hvanq, 38. Y.Özdəmir, 40.
Trabzonspor – Samsunspor 2:2
Qollar: Malyeyro, 86; 88 – Kılınc, 27. Marius, 89.
26 may
Hatayspor – Fənərbağça 4:2
Qollar: E.Çetin, 44-öz qapısına. Butobba, 53. Sağlam, 63-pen. Okoronkvo, 66 – Ən-Nəsiri, 27. İ.C.Kahveci, 90+4.