09:25 26.05.2025 245

“Səbail”dən hüznlü vida, liderlər büdrəmədi – Tura baxış

Misli Premyer Liqasında 36-cu turun tamamlanmasıyla birlikdə mövsüm də başa çatdı. Bu futbol iliylə bağlı açıq qalan yeganə sual ölkə kubokunun sahibinin kim olmasıdır. “Səbail” elitadakı son oyununda böyük hesabla məğlub oldu. “Qarabağ”la “Zirə” isə son oyunda da qələbə qazanmaqla azarkeşlərini sevindirməyi bacardı.

"Səbail" – "Sumqayıt" 1:4
Qollar:
Süleyman Alluş, 21 - Sertan Taşkın, 28. Giorgi Karaişvili, 59-pen. Ronaldo Vaskes, 79. Roi Kehat, 90+1.
“Səbail”: 1. Hüseynəli Quliyev, 96. İlkin Muradov, 11. Rüfət Abdullazadə (k), 19. Samir Abdullayev, 16. Emin Rüstəmov, 67. Rəvan Abasov, 97. Oruc Məmmədov, 88. Hacıəli Şirəliyev, 44. Amir Bilali, 4. Marko Nikoliç, 14. Suleyman Alluş. 
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 22. Mirabdulla Abbasov, 18. Süleyman Əhmədov, 20. Mert Çelik, 83. Nihad Quliyev, 89. Ömər Qurbanov, 8. Qorka Laruçça, 3. Dmitro Litvin, 5. Gitay Sofir, 21. Ayman Bouali. 
Baş məşqçi: Elvin Məmmədov. 
“Sumqayıt”: 36. Xəyal Fərzullayev, 2. Sertan Taşkın, 17. Murad Xaçayev (k), 8. Səbuhi Abdullazadə, 21. Nihat Əhmədzadə, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 12. Giorgi Karaişvili, 99. Silvanus Nimeli, 5. Alan Dias, 77. Cəsurbek Cəloliddinov.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 56. Aftandil Arixov, 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 66. Ruslan Əliyev, 97. Vüsal Paşayev, 19. Roi Kehat, 11. Momo Yansane, 23. Ronaldo Vaskes, 9. Bobir Abdixolikov. 
Məşqçi: Şahin Abdullayev.

“Dənizçilər” elitanı qəmgin notlarla tərk etdilər. Onlar son turda “Sumqayıt”a müqavimət göstərə bilmədilər. Özü də doğma meydanda. Hərgah ki, Alluş hesabı açmaqla “Səbail”i önə çıxarmışdı. Amma bu sevinc cəmi 7 dəqiqə çəkdi. İlk hissəsi 1:1 hesabıyla yekunlaşan görüşün ikinci hissəsində “Sumqayıt” coşdu. Qonaqlar son yarımsaatda üç dəfə fərqlənməklə 4:1 hesablı qələbə qazandılar. Bu qələbə o qədər də uğurlu keçməyən mövswmün sonunda “gənclik şəhəri”nin təmsilçisi üçün zəif təsəlli oldu.
“Səbail” 36 tur ərzində cəmi 22 xal toplamağı bacardı. Bu isə komandanın açıq-aşkar autsayder olmasının göstəricisidir. 33 xallı “Sumqayıt” isə 8-ci oldu. Bayıldakı qələbə “Sumqayıt”a “Kəpəz”i üstələmək üçün kifayət etdi.

"Şamaxı" – "Qarabağ" 0:1 
Qol:
Emmanuel Addai, 86.
“Şamaxı”: 62. Abdulla Seydəhmədov, 14. Vüsal Məsimov, 5. Arsen Ağcabəyov, 23. Murad Vəliyev, 18. Cəlal Hüseynov (k), 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 19. Fəxri Məmmədli, 3. Vladislav Veremeyev, 33. Alfons Msanqa. 
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 89. Cəfər Muxtarov, 71. Natiq Ağamalıyev, 70. Nicat Xasıyev. 
Baş məşqçi: Ayxan Abbasov. 
“Qarabağ”: 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 7. Yassin Benzia, 8. Marko Yankoviç, 9. Kadi Borqes, 2. Mateus Silva, 21. Aleksey Kaşuk. 
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 11. Emmanuel Addai. 
Baş məşqçi: Qurban Qurbanov.

Çempionluğu xeyli müddət əvvəl təmin edən, qızıl medallara isə ötən tur doğma meydanda qovuşan “Qarabağ” mövsümü qələbə ilə başa vurdu. “Köhlən atlar” Şamaxıdan 3 xalla döndü. Ölkə kubokunun finalına hazırlıq görən Qurban Qurbanov əsas heyət üzvlərini səfərə aparmış və demək olar ki, onların hamısını meydana buraxmışdı. Bununla belə, “Şamaxı” güclü rəqibinə yaxşı müqavimət göstərdi. Qələbə qolu son dəqiqələrdə gəldi. Emmanuel Addai baxımlı zərbə ilə yekun nəticəni müəyyənləşdirdi. 1:0 hesablı qələbə “Qarabağ”ın mövsüm ərzində qazandığı 28-ci qələbə oldu.
“Qarabağ” 108 mümkün xaldan 89-nu toplamağı bacardı. Bununla da çempionatın ən güclüsü olduğuna şəkk-şübhə qoymadı. 36 xalla 7-ci olan “Şamaxı” isə elitadakı yerini qorumasıyla təskinlik tapa bilər.

"Sabah" – "Neftçi" 1:0 
Qol:
Cesse Sekidika, 64.
Qırmızı vərəqə: Sofian Çakla, 50 ("Sabah") - Edvin Kuç, 76 ("Neftçi") . 
“Sabah”: 92. Stas Pokatilov, 10. Namik Ələskərov (k), 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev, 4. Sofian Çakla, 40. İqor Noqeyra, 70. Cesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepiniça. 
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 6. Abdulax Xaybulaev, 7. Boyan Letiç, 18. Pavol Safranko, 11. Kahem Parris, 12. Vinsent Til, 99. Neqoş Kupusoviç, 33. Umarali Raxmonaliyev, 83. Stefen Ende. 
Baş məşqçi: Vasili Berezutski. 
“Neftçi”: 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 19. Azər Salahlı, 4. Elvin Camalov, 14. Edvin Kuç, 99. Ervin Koffi, 23. Robert Bauer, 24. Mustafa Sek, 9. Bassala Sambu, 11. Aleks Fernandes. 
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rustam Samiqullin, 17. Rəhman Hacıyev, 90. Ramil Şeydayev, 91. Ağadadaş Salyanski, 22. Dembo Darbo, 88. Andrey Ştoqrin. 
Baş məşqçi: Samir Abasov.

“Neftçi” uğursuz keçən mövsümü elə məğlubiyyətlə də bitirdi. Özü də bu acı məğlubiyyət “sülhsevərliyi” ilə ad çıxaran “Sabah”la oyunda qeydə alındı. “Neftçi” heç say üstünlüyündən də yararlana bilmədi. Çakla 50-ci dəqiqədə meydandan qovulanda tablodakı hesab 0:0 idi. Düşünmək olardı ki, “Neftçi” say üstünlüyünü hesabda əks etdirmək üçün daha böyük qüvvə ilə irəli atılacaq və qələbə qazanacaq. Amma əksi baş verdi. Azlıqda qalan “Sabah” 64-cü dəqiqədə hesabı açdı. Sekidika Rza Cəfərovun səhvindən əla yararlandı. Kuçun 76-cı dəqiqədə meydandan qovulmasıyla meydandakı oyunçu sayı da bərabərləşdi. “Sabah” rəqibindən daha yaxşı çıxış edərək qələbə hesabını da qoruya bildi.
48-ci xalını qazanan “Sabah” mövsümü 5-ci pillədə bitirdi. 6-cı olan “Neftçi” isə 43 xal toplamağı bacardı.

“Turan Tovuz” – “Kəpəz" 4:0 
Qollar:
Aleks Souza, 9; 23. Turan Manafov, 42-öz qapısına. Ayxan Hüseynov, 44
"Turan Tovuz": 41. Sergey Samok, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 40. Kauan Martins, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 1. İvan Konovalov, 71. Mehman Hacıyev, 19. Orxan Əliyev, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 13. Fərid Yusifli, 77. Veysəl Rzayev, 30. Mircamal Əlizadə, 5. Roderik Miller, 6. Araş Qaderi, 29. Anton Kraçkovski.
Baş məşqçi: Kurban Berdiyev.
"Kəpəz": 1. Rojerio Santos, 7. Ehtiram Şahverdiyev, 12. Turan Manafov, 5. Rauf Hüseynli, 19. Sadiq Şəfiyev, 26. Valdemar Almeyda, 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 28. Rati Ardazişvili, 3. Mahamadu Ba, 10. Kərim Lkuça.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 2. İlkin Qırtımov, 70. Nicat Süleymanov, 6. Nemət Musayev, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 97. Nicat Məmmədov, 13. Elxan Məmmədov, 91. Nihad İsaqov, 11. Trent Buhaqyar 88. Şevroni Mabatşoev.
Baş məşqçi: Azər Bağırov.

“Sarı-göylər” elitadakı yerini qoruya bilsələr də, mövsümü biabırçı məğlubiyyətlə başa vurdular. Özü də bu məğlubiyyətdən sonra Azər Bağırov da “Kəpəz”dən ayrıldığını açıqladı. “Turan Tovuz”un vurduğu 4 qol 35 dəqiqəyə sığdı. 9-cu dəqiqədə Souza hesabı açdı. 23-cü dəqiqədə Aleks “dubl”unu rəsmiləşdirdi. Hesabın böyüməsinə Turan Manafov topu öz qapısına göndərməklə yardım etdi. Bu “avtoqol”dan cəmi iki dəqiqə sonra Ayxan Hüseynov hesabı darmadağın həddinə çatdırdı. İkinci hissədə qapılara qol vurulmayınca görüş “Turan Tovuz”un 4:0 hesablı qələbəsiylə yekunlaşdı.
4-cü pilləni 55 xalla “özəlləşdirən” “Turan Tovuz” “Qarabağ”ın kuboku qazanması halında UEFA Konfrans Liqasında iştirak edəcək. 32 xalla 9-cu olan “Kəpəz”i isə yeni məşqçi və yeni məcaralar gözləyir.

“Araz-Naxçıvan” – “Zirə” 0:1 
Qol: Junor Martins, 59.

“Araz-Naxçıvan”: 94. Tərlan Əhmədli 34. Urfan Abbasov (k) 3. Bəxtiyar Həsənalızadə 26. Ömər Buludov 16. Ramon Maçado 21. Sezar Meza Kolli 17. İssuf Paro 23. Nuno Rodriqes 8. Karlos Jatoba 14. Miço Kuzmanoviç 10. Bernardo Dias
Ehtiyat oyunçular: 12. Kristian Avram 2. Slavik Alxasov 6. Vadim Abdullayev 22. Elçin Mustafayev 20. Turan Vəlizadə 88. Tuqay Əlizadə 11. Bayraməli Qurbanov 71. Sənan Ağalarov 4. İqor Ribeyro 97. Felipe Santos
Baş məşqçi: Elmar Baxşıyev
“Zirə”: 13. Aydın Bayramov 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli 29. Ceyhun Nuriyev 4. Ruan Renato 10. Giorgi Papunaşvili 30. Rikardo Martins 70. İssa Cibrila 3. Ange Mutsinzi 18. Junior Martins 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov 99. Səlim Həşimov 7. Məqsəd İsayev 14. Elçin Əlicanov 11. Rüstəm Əhmədzadə 53. Şahmar Aşurov 48. Ramiz Muradov 43. Əhliman Süleymanzadə 5. Stefan Aka 90. Davit Volkov 15. Pyer Zebli 17. Ayron Qomis
Baş məşqçi: Rəşad Sadıqov

“Zirə” üçün mövsümün əla keçdiyini demək olar. Qəsəbə təmsilçisi son turda bürünc medalçı “Araz Naxçıvan”ı da məğlub etdi. Bununla da Rəşad Sadıqovun komandası Premyer Liqada “Qarabağ”dan başqa rəqib tanımadığını bir daha göstərmiş oldu. “Zirə” 36 tur ərzində cəmi 8 dəfə məğlub olub, 23 qələbə qazandı. “Araz Naxçıvan”la görüşdə isə həlledici qolu Junor Martins vurdu. 59-cu dəqiqədə vurulan qol oyunda yeganə oldu. Bu qələbə sayəsində xalını 74-ə çatdıran “Zirə” elə ən yaxın izləyicisi olan “Araz Naxçıvan”ı 16 xal qabaqlamağı da vacardı. Elmar Baxşıyev çalışdırdığı komanda mövsümü 58 xalla 3-cü sırada başa vurdu.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

28 May 2025
08:00

28 May - Azərbaycanda Müstəqillik Günüdür

00:12

AFFA U-16 Liqasında mövsüm başa çatdı

27 May 2025
23:41

Yamal "Barselona" ilə yeni müqavilə bağladı - RƏSMİ

23:20

Arda Turanın yeni iş yeri bilindi - RƏSMİ

23:04

"Bir-iki saat qələbənin dadını çıxardıqdan sonra..." - Elşad Quliyev

22:58

DÇ: 1/4 finalın 4 iştirakçısı müəyyənləşdi

22:47

Yamal indikindən 3 dəfə çox qazanacaq - Məbləğ açıqlandı

22:21

Avropada "mövsümün komandası" açıqlandı: Yamal, Mbappe, Virts...

21:42

DÇ: Azərbaycan millisi dünya çempionunu yenib 1/4 finala yüksəldi

21:20

Premyer Liqada 2025/2026 mövsümünün start tarixi açıqlandı

21:09

Mövsümün ən yaxşıları mükafatlandırıldı - FOTOLAR

20:52

İngiltərədə bunu "Çelsi"dən başqa heç kim bacarmayıb - Rekord

20:14

Nelson Semedu İngiltərə nəhənginə qoşulmaq üzrədir

19:50

Azərbaycanın stolüstü tennisçiləri Daşkənddə beynəlxalq yarışda iştirak edəcəklər

19:16

Minifutbol: İngiltərə ilk 1/4 finalçı oldu

18:49

İki aydır uduzmayan Bundesliqa klubu baş məşqçisi ilə vidalaşdı - RƏSMİ

18:14

"Əməlli-başlı ruh düşkünlüyünə qapılmışdım" - Antoni

17:50

Azərbaycan millisinin üzvü Niderlandın elita klubunda - RƏSMİ

17:34

"Qarabağ"ın qapıçısı milliyə dəvət aldı

17:16

Kilian Mbappe oyun nömrəsini dəyişir

16:58

Qakpo "Liverpul"u bu kluba dəyişə bilər - SON DURUM

16:40

Kapello "Milan"ı kimin çalışdırmalı olduğunu dedi: "Mən onu seçərdim"

16:21

Legioner limitinin ləğvi qərarında boşluq var - "İşbazlar" pusquda

16:03

Raul "Real Madrid"dən getdi - RƏSMİ

15:44

"Şərtlər qane etdiyinə görə, yeni müqavilə imzaladıq" - Elmar Baxşıyev

15:26

Rafael Ağayev millinin məşqini izlədi - FOTOLAR

15:08

Klub prezidenti De Bröyneni heyətə qatacaqlarını təsdiqlədi

14:50

Azərbaycanı DÇ-də təmsil edəcək cüdoçuların adları bilindi

14:34

"Araz-Naxçıvan"ın hazırlıq planları dəqiqləşdi

14:16

Elmar Baxşıyev yeni müqavilə imzaladı - RƏSMİ

13:58

Zanyolo iki futbolçunu vurdu - "Roma" bəyanat yaydı

13:39

"Şamaxı" kapitanını yola saldı - RƏSMİ

13:21

"Mançester Siti"dən Reynders üçün İtaliya nəhənginə rəsmi təklif - MƏBLƏĞ

13:02

"Milan"ın yeni idman direktoru bilindi - RƏSMİ

12:43

Nkunku "Çelsi"ni tərk edəcək, Londonu yox

12:24

Birinci Liqaya vəsiqə uğrunda pley-off oyununun təyinatları bilindi

12:05

Əfsanəvi Zidan Lamin Yamala heyran qalıb - "Həyatımda beləsini görməmişdim"

11:46

Azərbaycanın millisi Litva yığması ilə üz-üzə

11:28

Avarçəkənlərimiz Avropa çempionatında mübarizə aparacaq

11:09

"Barselona"da yeni oyunçu - Razılıq əldə olundu

Facebookdan bizi izləməyi unutmayın.
X