“Turan Tovuz” Azərbaycan Premyer Liqasında ən böyükhesablı qələbə rekordunu təkrarlayıb.
Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Tovuz təmsilçisi XXXVI turda “Kəpəz”i 4 cavabsız qolla məğlub edib.
Bu, klubun tarixində Premyer Liqada 4 top fərqli 3-cü qələbədir. 2022/2023 mövsümündə “Neftçi”ni, 2023/2024 mövsümündə “Kəpəz”i 4:0 hesabı ilə məğlub edən “Turan Tovuz” bu göstəricini təkrarlayıb.
Qərb derbisindəki qələbə həm də iki yubileylə əlamətdar olub. Tovuz təmsilçisi Premyer Liqada evdə 20-ci qələbə və 75-ci qola sevinib. Əlamətdar qola Ayxan Hüseynov imza atıb.
Qeyd edək ki, “Turan Tovuz” 2022-ci ilin yayından Premyer Liqada çıxış edir.