Mayın 31-də “Qarabağ” və “Sabah” arasında keçiriləcək Azərbaycan kubokunun final matçının oyunöncəsi mətbuat konfransları və açıq məşqin vaxtı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, mətbuat konfransları 29 may tarixində Tofiq Bəhramov adına Respublika Stadionunun konfrans otağında baş tutacaq.
Nominal meydan sahibi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı saat 13:00-da, “Sabah”ın baş məşqçisi Vasili Berezutskinin mətbuat konfransı isə saat 14:30-da başlayacaq.
Mətbuat konfransında hər klubdan baş məşqçiylə yanaşı, bir futbolçunun iştirakı nəzərdə tutulub.