"Eyüpspor"un artıq sabiq baş məşqçisi olan Arda Turan "Şaxtyor"a başçılıq etməyə bilər.
Fanat.Az xəbər verir ki, "Footmercato" bu iddia ilə çıxış edib.
Mənbənin məlumatına görə, “Şaxtyor” hazırda Fransa Liqa 2 təmsilçisi "Dunkirk"ə rəhbərlik edən 45 yaşlı portuqaliyalı Luiş Kaştruya müqavilə təklif edib.
Mütəxəssis 2023-cü ilin sentyabrından "Dunkirk"i çalışdırır və komandanı autsayder mövqeyindən pley-offa qədər yüksəldib. Liqa 1-ə adlaya bilməsələr də, zəif büdcə ilə iddialı komanda formalaşdıran mütəxəssislə "Lans" da maraqlanır. Onun "Dunkir"lə hazırkı müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.
Bir gün əvvəl Donetsk “Şaxtyor”u baş məşqçisiz qalıb. Ukrayna Premyer Liqasının son turunda "Rux"la qarşılaşmadan (1:1) sonra Marino Pusiç qovulub.
Qeyd edək ki, Türkiyənin “Eyüpspor” klubunun sabiq çalışdırıcısı Arda Turanın “Şaxtyor”un baş məşqçisi təyin olunacağı barədə xəbəri ilk olaraq tanınmış insayder Fabritsio Romano yayıb.
Mirağa