Əfsanəvi fransalı futbolçu və "Real Madrid"in keçmiş baş məşqçisi Zinəddin Zidan "Barselona"nın gənc yarımmüdafiəçisi Lamin Yamalın çıxışını şərh edib.
Fanat.Az xəbər verir ki, "Barca Universal" "Zizu"nun "Adidas"ın tədbirində dediklərini belə çatdırıb:
"Onun oyununu izləyəndə... Məsələn, "İnter"lə yarımfinalın ikinci yarısını götürək. Həyatımda heç vaxt beləsini görməmişdim. Bu, müstəsna bir şey idi - bacarıq və oyuna nəzarət. Belə inamlı və yetkin oyunu izləmək heyrətamiz idi. Hamımız əla vaxt keçirdik. Lamin gənc nəsil üçün əsl ilham oldu. Hər dövrün öz qəhrəmanları var və bu, çox gözəldir".
Qeyd edək ki, 17 yaşlı Yamal 2024/2025 mövsümündə "Barselona"nın heyətində 55 oyun keçirib, 18 qol vurub və 25 məhsuldar ötürmə edib.
Mirağa