13:58 27.05.2025 280

Zanyolo iki futbolçunu vurdu - "Roma" bəyanat yaydı

Türkiyənin "Qalatasaray" klubuna məxsus olan və müvəqqəti olaraq "Fiorentina"da çıxış edən italiyalı yarımmüdafiəçi Nikolo Zanyolo qalmaqala səbəb olub.

Fanat.Az xəbər verir ki, insident “Fiorentina” və “Roma”nın gənclərdən ibarət komandaları arasında keçirilən oyundan sonra yaşanıb.

Məlumatı "Ansa" xəbər agentliyi yayıb. 

Mənbənin məlumatına görə, Zanyolo matçdan sonra "Roma"nın soyunub-geyinmə otağına daxil olaraq bir neçə futbolçu ilə münaqişəyə girib. Futbolçu özünü aqressiv aparıb və hətta güc tətbiq edərək gənclər komandasının iki üzvünü - Mattia Almaviva və Marko Littini vurub.

“Roma” rəsmi saytında klubun keçmiş futbolçunun davranışını kəskin şəkildə pisləyən bəyanat yayılıb: "Oyundan sonra Nikolo Zanyolo ilə bağlı son dərəcə xoşagəlməz insident yaşanıb. İlkin məlumata görə, o, gənclərdən ibarət komandanın paltardəyişmə otağına daxil olub və özünü təxribatçı aparıb. İki futbolçunun fiziki xəsarət aldığı qeyd olunur. "Roma" idman dəyərlərimizə və ruhumuza zidd olan istənilən təcavüz təzahürünü qətiyyətlə pisləyir".

Zanyolo da öz növbəsində "Fiorentina"nın mətbuat xidməti vasitəsilə hadisələrin fərqli versiyasını təqdim edib:

"Uşaqları təbrik etmək üçün "Fiorentina"nın soyunub-geyinmə otağına, sonra isə mövsümü qeyd etmək üçün "Roma"nın soyunub-geyinmə otağına girdim. Amma onlar məni təhqir etməyə başladılar və vəziyyəti gərginləşməmək üçün getdim".

Zanyolo əvvəllər 5 il “Roma”da çıxış edib.

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

27 May 2025
22:47

Yamal indikindən 3 dəfə çox qazanacaq -Məbləğ açıqlandı

22:21

Avropada "mövsümün komandası" açıqlandı: Yamal, Mbappe, Virts...

21:42

DÇ: Azərbaycan millisi dünya çempionunu yenib 1/4 finala yüksəldi

21:20

Premyer Liqada 2025/2026 mövsümünün start tarixi açıqlandı

21:09

Mövsümün ən yaxşıları mükafatlandırıldı - FOTOLAR

20:52

İngiltərədə bunu "Çelsi"dən başqa heç kim bacarmayıb - Rekord

20:14

Nelson Semedu İngiltərə nəhənginə qoşulmaq üzrədir

19:50

Azərbaycanın stolüstü tennisçiləri Daşkənddə beynəlxalq yarışda iştirak edəcəklər

19:16

Minifutbol: İngiltərə ilk 1/4 finalçı oldu

18:49

İki aydır uduzmayan Bundesliqa klubu baş məşqçisi ilə vidalaşdı - RƏSMİ

18:14

"Əməlli-başlı ruh düşkünlüyünə qapılmışdım" - Antoni

17:50

Azərbaycan millisinin üzvü Niderlandın elita klubunda - RƏSMİ

17:34

"Qarabağ"ın qapıçısı milliyə dəvət aldı

17:16

Kilian Mbappe oyun nömrəsini dəyişir

16:58

Qakpo "Liverpul"u bu kluba dəyişə bilər - SON DURUM

16:40

Kapello "Milan"ı kimin çalışdırmalı olduğunu dedi: "Mən onu seçərdim"

16:21

Legioner limitinin ləğvi qərarında boşluq var - "İşbazlar" pusquda

16:03

Raul "Real Madrid"dən getdi - RƏSMİ

15:44

"Şərtlər qane etdiyinə görə, yeni müqavilə imzaladıq" - Elmar Baxşıyev

15:26

Rafael Ağayev millinin məşqini izlədi - FOTOLAR

15:08

Klub prezidenti De Bröyneni heyətə qatacaqlarını təsdiqlədi

14:50

Azərbaycanı DÇ-də təmsil edəcək cüdoçuların adları bilindi

14:34

"Araz-Naxçıvan"ın hazırlıq planları dəqiqləşdi

14:16

Elmar Baxşıyev yeni müqavilə imzaladı - RƏSMİ

13:58

Zanyolo iki futbolçunu vurdu - "Roma" bəyanat yaydı

13:39

"Şamaxı" kapitanını yola saldı - RƏSMİ

13:21

"Mançester Siti"dən Reynders üçün İtaliya nəhənginə rəsmi təklif - MƏBLƏĞ

13:02

"Milan"ın yeni idman direktoru bilindi - RƏSMİ

12:43

Nkunku "Çelsi"ni tərk edəcək, Londonu yox

12:24

Birinci Liqaya vəsiqə uğrunda pley-off oyununun təyinatları bilindi

12:05

Əfsanəvi Zidan Lamin Yamala heyran qalıb - "Həyatımda beləsini görməmişdim"

11:46

Azərbaycanın millisi Litva yığması ilə üz-üzə

11:28

Avarçəkənlərimiz Avropa çempionatında mübarizə aparacaq

11:09

"Barselona"da yeni oyunçu - Razılıq əldə olundu

10:50

"Liverpul"un çempionluq paradında faciə - VİDEO

10:13

Fərid Qayıbov federasiyalarla MDB Oyunlarına hazırlığı müzakirə etdi

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:23

Minifutbol: Azərbaycan millisi dünya çempionu ilə qarşılaşır

09:00

“Milan” Teo Ernandesi sabiq “Barselona”lı ilə əvəz edir

00:35

Azərbaycan çempionatı başa çatdı

Facebookdan bizi izləməyi unutmayın.
X