Sports.az saytının təşkilatçılığı və ETOPAZ-ın baş sponsorluğu ilə Sports.az Awards – 2024/2025 futbol mövsümünün ən yaxşılarının mükafatlandırma mərasimi keçirilib.
“Sherathon Baku İntourist Hotel”də baş tutan tədbirdə “Ən yaxşı futbolçu”, “Ən yaxşı baş məşqçi”, “Ən yaxşı qapıçı”, “Ən yaxşı komanda”, "Ən yaxşı gənc futbolçu" və digər nominasiyalar üzrə qaliblər müəyyənləşib.
“Qəbələ" İK “Bölgə futbolunun inkişafındakı roluna görə”, “Sabah” Futbol Klubu “Uşaq futbolunun inkişafındakı roluna görə”, "Huner Group" "Futbol infrastrukturuna yatırımına görə" xüsusi mükafatlarına layiq görülüb.
“Zirə” FK “Mövsümün ən böyük tərəqqiyə nail olmuş klubu” nominasiyasında qalib gəlib.
ASTA "Ən uğurlu layihə" seçilib.
Sports.az saytının versiyasına görə “Mövsümün ən yaxşı baş məşqçisi” Qurban Qurbanov (“Qarabağ” FK),
“Mövsümün ən yaxşı futbolçusu” Mahir Emreli (“Nürnberq”), “Mövsümün ən yaxşı gənc futbolçusu” Xəyal Əliyev (“Sabah” FK), “Mövsümün ən yaxşı qapıçısı” Aydın Bayramov (“Zirə” FK), “Mövsümün ən yaxşı komandası” “Qarabağ” Futbol Klubu olub.