
UEFA Çempionlar Liqasında 2024/2025 mövsümünün qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, final oyununda İtaliya "İnter"i ilə Fransanın PSJ komandası üz-üzə gəliblər.
Həlledici görüş Almaniyanın Münhen şəhərində - "Alyans Arena"da baş tutub.
PSJ milanlıları böyük hesabla - 5:0 məğlub edərək tarixində ilk dəfə bu titulu əldə edib. Parislilərə qitə kubokunu oyunda dubl edən Desire Dou, həmçinin, Əşrəf Hakimi, Xviça Kvaratsxeliya və Senni Mayulu qazandırıblar.
UEFA Çempionlar Liqası
Final
31 may
PSJ (Fransa) - "İnter" (İtaliya) 5:0
Qollar: Hakimi, 12. Due, 20; 63. Kvaratsxeliya, 73. Mayulu, 87.