Ötən günün nəticələrinə əsasən, eyni anda üç komanda DÇ-2026-ya vəsiqə əldə edib.
Fanat.Az xəbər verir ki, Özbəkistan, Cənubi Koreya və İordaniya yığmaları seçmə mərhələni adlayıblar.
Beləliklə, mundialda mübarizə aparacaq 10 komandanın adı məlumdur. Siyahı belədir:
Kanada, Meksika, ABŞ, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya.
Özbəkistan və İordaniya yığmaları tarixdə ilk dəfə dünya çempionatında iştirak edəcəklər.
Dünya çempionatında ümumilikdə 48 komanda mübarizə aparacaq.
Mirağa