Azərbaycan milli komandası bu gün növbəti sınağına çıxıb.
Fanat.Az xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu komandamız yoldaşlıq görüşündə səfərdə Latviya yığması ilə qarşılaşıb.
Riqanın “Skonto” stadionunda baş tutan matçda təmsilçimiz portuqaliyalı mütəxəssisin rəhbərliyi altında ilk qələbəsini qazanmağa çalışsa da, oyun qolsuz bərabərliklə yekunlaşıb.
Beləliklə, qələbəsizlik seriyası bir qədər də uzanan Azərbaycan yığması ardıcıl 5-ci oyunda da qol vura bilməyib.
Bakı vaxtı ilə saat 17:00-da start götürəcək oyunu maltalı baş hakim Trustin Farrugia Kanna idarə edəcək.
Qeyd edək ki, Azərbaycan millisi Riqa səfərindən sonra daha bir yoldaşlıq görüşünü iyunun 10-da "Liv Bona Dea Arena"da Macarıstana qarşı keçirəcək.
Beynəlxalq yoldaşlıq görüşü
7 iyun
Latviya - Azərbaycan 0:0
Hakimlər: Trustin Farrugia Kann, Luke Portelli, Roberto Vella (hamısı Malta), Vitali Spasyonņikov (Latviya).
Riqa. "Skonto" stadionu.
Azərbaycan: 23. Rza Cəfərov, 17. Toral Bayramov, 4. Bəhlul Mustafazadə, 14. Elvin Bədəlov, 5. Rəhman Daşdəmirov, 3. Elvin Cəfərquliyev, 6. Səbuhi Abdullazadə, 8. Emin Mahmudov (k), 16. Ceyhun Nuriyev, 10. Mahir Emreli, 19. Nəriman Axundzadə
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 12. Aydın Bayramov, 11. Xəyal Əliyev, 2. Zamiq Əliyev, 21. Mert Çelik, 9. Renat Dadaşov, 22. Musa Qurbanlı, 13. Abbas Hüseynov, 18. Cəlal Hüseynov, 20. İsmayıl İbrahimli, 7. Anatoli Nuriyev, 24. Rauf Rüstəmli, 15. Şahin Şahniyarov.
Baş məşqçi: Fernandu Santuş.
Latviya: 23. Rihards Matreviç, 3. Vitali Yaqodinski, 21. Denis Melnik, 2. Daniel Balodi, 20. Maksim Tonişev, 16. Alvis Yaunzem, 25. Krister Penkeviç, 15. Dmitri Zelenkov, 7. Eduard Daşkeviç, 17. Lukas Vapne, 18. Marko Reqja.
Ehtiyat oyunçular: 1. Krisyanis Zviedris, 12. Frenk David Orol, 22. Aleksey Savelyev, 13. Raivis Andris Yurkovski, 6. Krister Tober, 8. Renar Varslavan, 11. Qleb Jaleyko, 24. Kristap Qrabovski, 10. Yanis İkaunyek, 9. Vladislav Qutkovski, 19. Bruno Melnis, 5. Antoni Çernomordi.
Baş məşqçi: Paolo Nikolato.