Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin oğlu David yenidən atası ilə çalışacaq.
Fanat.Az xəbər verir ki, "Real Madrid"də də Karlonun köməkçisi olan 35 yaşlı oğul-Ançelotti "sambaçılar"ın məşqçilər korpusuna qoşulub.
Məlumatı tanınmış insayder Fabritsio Romano yayıb. Halbuki, bir müddət əvvəl Davidin "Reyncers"in baş məşqçisi olacağı deyilirdi. Şotlandlar onunla anlaşa bilməyiblər. Onunla müqavilə bağlayan braziliyalılar Davidin keçidini tezliklə rəsmən elan edəcəklər.
David futbolçu karyerasını 20 yaşında bitirib. Bundan sonra çalışdığı bütün klublarda daim atasını müşayiət edib.
Karlo Ançelotti kuboksuz bir mövsümdən sonra "Real Madrid"dən ayrılaraq Braziliyaya köçüb. Madrid nəhəngində onu "Bayer Leverkuzen"in keçmiş baş məşqçisi Xabi Alonso əvəzləyib.
Mirağa