London "Arsenal"ı ilə müqaviləsinin müddəti başa çatan Jorjinyo karyerasını Braziliyada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, "Flamenqo" klubu ulduz yarımmüdafiəçinin transferini rəsmən açıqlayıb.
33 yaşlı futbolçu Braziliya klubuna azad agent kimi keçib. Tərəflər 2028-ci ilə qədər müddətə müqavilə imzalayıblar.
Jorginyo "Napoli", "Çelsi" və "Arsenal"dakı çıxışları ilə tanınır. O, "Çelsi" ilə Çempionlar Liqasının, İtaliya ilə isə AÇ-2020-nin qalibi olub.
Qeyd edək ki, "Flamenqo" qış fasiləsində "Qarabağ"ın hücumçusu Juninyonu heyətinə cəlb edib.
Mirağa