Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindəki rəqiblərindən olan Ukrayna yığması “Canaadian Shield” yoldaşlıq turnirində Kanadaya uduzub.
Fanat.Az xəbər verir ki, Torontoda "WMO Field" stadionunda keçirilən görüş meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.
81-ci dəqiqəyə kimi hesabı 4:0-a çatdıran kanadalılar iki qolu son dəqiqələrdə buraxıblar. Ukrayna millisi görüşdəki ilk qolunu 89-cu dəqiqədə İlya Zabarnının sayəsində vurub. 90+1-də “mavi-sarılar” penalti yerinə yetirmək şansı qazanıb ki, Aleksandr Zinçenko dəqiq olub.
Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində ukraynalılarla ilk görüşünü bu il 9 sentyabrda Bakıda keçirəcək. Tərəflər arasında ikinci matç isə 13 oktyabrda oynanılacaq.