21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqro yığması ilə üz-üzə gələcək.
Oyun saat 20:00-da başlayacaq.
Qeyd edək ki, U-21 iki həftəlik təlim-məşq toplanışı çərçivəsində ilk oyununu iyunun 4-də səfərdə Belarus yığmasına qarşı keçirib. Baranoviçi şəhərində baş tutan matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu Raul Məmmədov vurub.