"Bayern Münhen"in və Almaniya millisinin oyunçusu Leroy Sane karyerasını Türkiyədə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sport" yayıb.
Mənbənin məlumatına görə, "Fənərbağça" klubu alman vingerin xidmətində maraqlıdır. İstanbullular "Bayern"in oyunçusuna 15 milyon avro civarında xalis illik maaş təklif etmək niyyətindədir. Türkiyə təmsilçisi yaxında rəsmi təkliflə qarşı tərəflə danışıqlara başlayacaq.
"Bayern" özü hələ də Saneni saxlamağa ümid edir. Münhen klubu futbolçuya yeni təkliflə müracitə edib. Hansı ki, maaşın sabit hissəsini artırılıb, lakin nəzərdə tutulan bonuslar azaldılıb.
Xatırladaq ki, "Qalatasaray" daha əvvəl Sane ilə maraqlanıb, illik 10-12 milyon avro təklif edib. Bundan başqa, Səudiyyə Ərəbistanı klubları da futbolçu ilə maraqlanır, lakin Leroy özü Yaxın Şərqə köçmək niyyətində deyil.
Mirağa