“Roma”nın və Argentina millisinin oyunçusu Leandro Paredes karyerasını vətənində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbənin məlumatına görə, “Boka Xuniors” 30 yaşlı yarımmüdafiəçini almaqda maraqlıdır.
Parades ötən mövsüm A Seriyasında 22 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Mövsümün sonunda “Roma”ya yeni baş məşqçi təyin olunub. Klaudio Ranyeri komandanı tərk edib, onun yerinə Can Piero Qasperini keçib. Məşqçi dəyişikliyindən sonra getmək qərarına gələn dünya çempionu ilə bağlı son qərarı Qasperini verəcək.
Qeyd edək ki, Paredes 2015-ci ildə Avropaya məhz "Boka Xuniors"dan yollanıb.
Mirağa