Avstriyalı hücumçu Marko Arnautoviç "İnter"dən ayrıldığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, 36 yaşlı hücumçu bu barədə özü "FC Inter News"-ə deyib:
"Şəxsən mənim üçün "İnter"dəki vaxtım başa çatıb. Mən gedəcəyəm".
Arnautoviçin "İnter"lə müqaviləsinin müddəti bu ilin iyun ayının sonuna qədərdir. Bununla belə, Milan klubu veteranı 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatına cəlb etməyi planlaşdırmır.
Forvard 2023-cü ilin yayından "İnter"də çıxış edir. Bu mövsüm bütün turnirlərdə 28 matçda 7 qol vurub, 2 məhsuldar ötürmə edib. Arnautoviç daha əvvəl 2009/10 mövsümündə "İnter"də çıxış edib.
Mirağa