21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Monteneqronun müvafiq yaş qrupu komandası ilə yoldaşlıq oyunu keçirib.
Fanat.Az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu U-21 Sumqayıtda baş tutan görüşdə qapılara qol vurulmayıb.
U-21 meydana bu "11-lik"lə çıxıb: 22. Xəyal Fərzullayev, 3. Rüfət Abbasov, 5. Emin Rüstəmov, 7. Murad Məmmədov, 8. Emil Süleymanov, 9. Ağadadaş Salyanski, 10. Edqar Adilxanov, 15. Raul Məmmədov, 17. Nihad Əhmədzadə, 20. Ayxan Süleymanlı (k), 6. Həsən Nazarlı.
Xatırladaq ki, U-21 iyun toplanışı çərçivəsində səfərdə ayın 4-də Belarus yığması ilə qarşılaşıb və həmin oyunda 1:3 hesabı ilə məğlub olub.