Türkiyənin “Fənərbağça” klubunun baş məşqçisi Joze Mourinyu tezliklə komandadan ayrıla bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı İspaniyanın AS nəşri yayıb.
Mənbənin məlumatına görə, portuqaliyalı mütəxəssis "Fənərbağça"nın prezidenti Ali Koçla görüş keçirib. Mourinyu təzminat alacağı təqdirdə erkən ayrıla biləcəyini və güzəştə getməyəcəyini bildirib. Onun dəyəri 15 milyon avro olaraq qiymətləndirilir.
Mourinyu ötən mövsümün əvvəlindən "Fənərbağça"da çalışır. Onun komandası 85 xal toplayaraq çempionatı ikinci yerdə başa vurub. "Qalatasaray" 10 xal daha çox toplayıb. Üstəlik, "sarı-lazıvərdlilər" Türkiyə kubokunun 1/4 finalında mübarizədən kənarlaşdırılıb.
Mirağa