Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçirilib.
Fanat.Az xəbər verir ki, 4-cü tur çərçivəsində İ, J və L qruplarında ümumilikdə 6 qarşılaşma baş tutub.
İtaliya millisi Moldova yığmasını inamla yenərək seçmə mərhələdə ilk qələbəsini qazanıb.
Cari tsikldə adından söz etdirən Norveç bu dəfə Estoniyaya 1:0 hesabı ilə qalib gəlib.
Qazaxıstan evdə Şimali Makedoniyaya minimal hesabla uduzub.
Xorvatiya Çexiyanı 5:1 hesabı ilə darmadağın edibsə, digər bol qollu görüşdə Belçika Uelsi üstələyib.
Qeyd edək ki, Azərbaycan millisi D qrupunda Fransa, İslandiya və Ukrayna yığmaları ilə mübarizə aparacaq. Millimiz seçmə mərhələyə sentyabrda start verəcək.
DÇ-2026
Seçmə mərhələ, Avropa zonası
9 iyun
I qrupu
İtaliya – Moldova 2:0
Qollar: Raspadori, 40. Kambyazo, 50.
Estoniya – Norveç 0:1
Qol: Holand, 62.
Xal durumu: Norveç – 12. İsrail – 6. Estoniya – 3. İtaliya – 3. Moldova – 0.
J qrupu
Qazaxıstan – Şimali Makedoniya 0:1
Qol: Traykovski, 33.
Belçika – Uels 4:3
Qollar: Lukaku, 15-pen. Tilemans, 19. Doku, 27. De Bröyne, 88 – Uilson, 45+7-pen. Tomas, 51. Conson, 70.
Xal durumu: Şimali Makedoniya – 8. Uels – 7. Belçika – 4. Qazaxıstan – 3. Lixtenşteyn – 0.
L qrupu
Xorvatiya – Çexiya 5:1
Qollar: Kramariç, 42; 75. Modriç, 62-pen. Perişiç, 68. Budimir, 72-pen – Souçek, 58.
Farer adaları – Cəbəllüttariq 2:1
Qollar: Frederiksberq, 71. Yohannesen, 86 – Skanlon, 23.
Xal durumu: Çexiya – 9. Xorvatiya – 6. Monteneqro – 6. Farer adaları – 3. Cəbəllüttariq – 0.