UEFA Millətlər Liqasında Portuqaliya - İspaniya finalının ən yaxşı futbolçusu müəyyənləşib.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, əsas və əlavə vaxtı 2:2 bitən, portuqaliyalıların penalti seriyasında qalib gəldiyi görüşdə Nunu Mendeş fərqləndirilib.
PSJ klubunun 23 yaşlı müdafiəçisi 120 dəqiqə davam edən oyunda bir qol ilə yadda qalıb.
Qeyd edək ki, Portuqaliya tarixində ikinci dəfə Millətlər Liqasının qalibi olub.