İtaliyanın "İnter" klubunda yeni baş məşqçi təyinatı reallaşıb.
Fanat.Az xəbər verir ki, bu barədə Milan klubunun rəsmi saytı məlumat yayıb.
Kristian Kivu Simone İnzaqini əvəzləyib. 44 yaşlı mütəxəssislə 2027-ci ilin yayınadək müqavilə bağlanılıb.
Kristian futbolçu kimi 2007 - 2014-cü illərdə "İnter"in formasını geyinib, karyerasını da milanlıların heyətində bitirib. O, "İnter"in gənclər komandalarında məşqçi kimi çalışdıqdan sonra 2025-ci ilin fevralından iyununadək "Parma"nın baş məşqçisi olub.
Qeyd edək ki, "İnter" 2024/2025 mövsümündə Çempionlar Liqasında finala yüksəlib. Daha sonra komandadan ayrılan Simone İnzaqi Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal"ın "sükanı arxası"na keçib.