"Mançester Siti" rəsmi saytı vasitəsilə yeni transferini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "şəhərlilər" heyətini son beş mövsümdə İngiltərənin “Vulverhempton” klubunda çıxış edən Rayan Ait-Nuri ilə genişləndirib.
24 yaşlı oyunçu "Mançester Siti" ilə müddəti 2030-cu ilin ortalarına qədər olan 5 illik müqavilə imzalayıb. Sövdələşmənin maliyyə detalları açıqlanmayıb.
Rayan Ait-Nuri 2024/2025 mövsümündə "Vulverhempton"da 41 oyun keçirib, bu matçlarda 5 qol vurub və 7 məhsuldar ötürmə edib. Ait-Nuri Əlcəzair millisinin futbolçusudur. O, gənclər və yeniyetmələr səviyyəsində Fransanı təmsil edib.
Mirağa